Polis oğrunu ayaq izi ilə tapıb

post-img

Xəzər rayonu Binə qəsəbəsindəki evlərin birindən 10 min manat dəyərində qızıl-zinət əşyaları və 18 ədəd viskinin oğurlanması barədə polisə məlumat daxil olub. Məlumatı DİN mətbuat xidməti verib. 

Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən Vüsal Məmmədli saxlanılıb. Araşdırma zamanı onun ümumilikdə 7 evdən oğurluq etdiyi müəyyən edilib. V.Məmmədli oğurladığı qızılları Buzovna qəsəbəsində yerləşən mağazaya satıb.

Qeyd edək ki, saxlanılan şəxs oğurluq etdiyi evlərdən birini pəncərədən tərk edən zaman  mənzildə onun ayaq izləri qalıb. Polisin məhz ayaq izindən başladığı araşdırmalar sonda V.Məmmədlinin saxlanılması ilə nəticələnib. 
V.Məmmədli barəsində  məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat