ELVİN PAŞAYEV:sabahın əsgəri hərtərəfli sağlam olmalıdır

post-img

Göygöl rayonunda gənclərin vətənpərvərlik tərbiyəsi və zərərli vərdişlərin fəsadlarına həsr edilmiş maarifləndirici tədbirə rayonun ümumtəhsil məktəblərinin 10 və 11-ci sinif şagirdləri dəvət olunmuşlar.

Göygöl Rayon İcra Hakimiyyətinin , Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Gənclər Evində keçirilən toplantı

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış, Ulu Öndər Heydər Əliyevin  və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş  şəhidlərimizin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Toplantıda çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan danışmış və belə tədbirlərin davamlılığının zəruriliyini vurğulamışdır. Rayon rəhbəri demişdir ki, sabah ordu sıralarına yola düşəcək hər bir gənc hərtərəfli sağlam olmalıdır.
Toplantıda sıxış edən SHXÇDX-nin  şöbə rəisi Pərviz Sədrəddinov,  Xidmətin Göygöl rayon şöbəsinin rəisi Abidin Rüstəmov, Rayon Polis şöbəsinin rəisi Şəmşir Kazımov,  Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ direktoru Vasif Əliyev, Vətən Müharibəsi qazısı Faiq Bayramov müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat vermiş, bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışmışlar. 
       

 Hamlet Qasımov, XQ-nin bölgə müxbiri,
Göygöl rayonu.









Sosial həyat