Oğrular müəyyən edilərək saxlanılıblar

post-img

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzində mağazaların birindən 475 manat dəyərində geyim əşyasının oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN mətbuat xidmətinin məlumatına görə, oğurluq əməlini törətməkdə şübhəli bilinən A.İsgəndərov Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb və 10-cu Polis Şöbəsinə təhvil verilib.

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 3-də rayon ərazisində yerləşən bir mərc oyunları məntəqəsindən 4478 manat pul, bir restorandan isə pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən E.Hümbətov müəyyən olunaraq saxlanılıb.

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində “Hyundai” markalı avtomobildən 1000 manat pul və bank kartı oğurlamaqda şübhəli bilinən yeniyetməni saxlayıblar.

Sabirabad Rayon Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Qaraqaşlı kəndi ərazisində mağazaların birindən 1050 manat pul və  970 manat dəyərində danışıq kartları oğurlamaqda şübhəli bilinən R.Məmmədhəsənov saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat