Şəhid leytenant-Elxan Məmmədli

post-img

Onlar həlak olublar, lakin tarixdə və xalqımızın qəlbində qalib qəhrəmanlar kimi əbədi yaşayacaqlar. Xalqımız Vətən uğrunda, onun ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canlarından keçmiş, şəhidlik zirvəsinə ucalan Vətən müdafiəçilərinin qarşısında baş əyir. Bütün bunları biz bütün qəhrəman döyüşçülərimizə, ölməz şücaəti xalqımızın yaddaşında və qəlbində əbədi yaşayacaq şəhidlərimizə borcluyuq. Düşməndən qisas alan xalq, bütün dünya sübut etdi ki, Qarabağ Azərbaycandır!

Elxan Məmmədli 1997-ci il oktyabrn 13-də İsmayıllı rayonu Zoğallıq kəndində dünyaya göz açmışdır. Təhsilini 2004-cü ildə Suraxanı rayonu Pərviz İsmayılov adına 278 saylı tam orta məktəbdə təhsilinə  başlayıb, 2015-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurmuşdur. Məktəbi bitirdikdən sonra Bakı Biznes Universitetinin Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsinə daxil olub, 2019-cu ildə oranı bitirərək məzun olmuşdur.

Elxan Məmmədli 2019-cu ildə İsmayıllı rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən Elxan Məmmədli ordudan tərxis olunduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində "Ehtiyat zabit hazırlığı"kursu keçib. Kursu müvəffəqiyyətlə başa vuraraq leytenant hərbi rütbəsini alıb. O, Azərbaycan Respublikası Müdafiə Nazirliynin Quru Qoşunlarının Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayıb. Xocalı, Şuşa, Xankəndi və Qubadlının ətraf ərazilərində hərbi xidmətini davam etdirib. Hərbi xidmət zamanı əldə etdiyi nailiyyətlərə görə 10 fevral 2022-ci ildə komandanlıq tərəfindən fəxri fərmanla təltif edilib. Daha sonra, 15 may 2023-cü ildən 29 iyul 2023-cü ilə kimi "Komonda" Dağ Təlimi Mərkəzində keçirilmiş 17-ci qəbul "Komando başlanğıc kursu"-nu müvəffəqiyyətlə başa vurub,"Komando" Dağ Təlimi Mərkəzinin komandalığı tərəfindən sertifikata layiq görülüb. Elxan Məmmədli Komando əməliyyat qrupunda "Kəşfiyyat komandiri" vəzifəsində xidmət göstərib. 

Leytenant Elxan Məmmədli 2023-cü il sentyabrn 19 da Qarabağda başlanan lokal xarakterli antiterror əməliyyatları zamanı kəşfiyyat komandiri olaraq döyüşə qatılıb, öndə gedərək torpaqlarımızın terrorçulardan azad edilməsində şücaət göstərib . Həmin gün sentyabrn 19-da sinəsindən snayper yarası alaraq şəhidlik zirvəsinə ucalmışdır. Döyüş yoldaşlarının verdiyi məlumata görə Elxan Məmmədli bir an belə qorxu hissi keçirmədən döyüşə -döyüşə irəli gedib.Şəhid olduqdan 1 gün sonra nəşini neytral zonadan çıxartmaq mümkün olub.21 sentyabr, 2023-cü ildə İsmayıllı rayonu, Zağallıq kənd qəbiristanlığında torpağa tapşırılmışdır. 

Subay idi.

Mərasimdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının rəisi polkovnik-leytenant Şükür Eyvazov, Ismayilli rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, İsmayıllı rayon Millət vəkili Novruzəli Aslanov, Ağsu rayon Millət vəkili Tahir Kərimli, İsmayıllı rayon ictimaiyyətinin nümayəndələri, İcra Hakimiyyətinin əməkdaşları, Hüquq-mühafizə orqanlarının  rəhbərləri və bir çox şəhid ailələri  iştirak etmişdir.

Qarabağda başlanan lokal xarakterli antiterror əməliyyatları zamanı qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən Elxan Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 

Azərbaycan Respublikasına sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən Elxan Məmmədli ölümündən sonra "Vətənə xidmətə görə" 3-cü dərəcəli orden ilə təltif edilib.

XQ

 









Sosial həyat