Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonun Hacıalılı kənd ümumi orta məktəbində kənd sakinləri ilə səyyar görüş keçirib.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri, şəhid ailələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb.
Kənd sakinlərini dinləyən icra hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən Hacıalılı kəndində suvarma suyu ilə təchizatın yaxşılaşdırılması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıqlarını verib, tövsiyələrini bildirib.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Samux rayonu