Naftalanda akademikin xatirəsinə maraqlı aksiya

post-img

 Yüksək elmi nailiyyətləri, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın adı Azərbaycan tarixinin ən görkəmli simaları sırasına qızıl hərflərlə əbədi yazılıb.

Naftalan Şəhər İcra Hakimiyyətinin və Naftalan Şəhər Mərkəzi Xəstəxanasının birgə təşkil etfiyi göz müayinəsi aksiyası görkəmli akademikin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş maraqlı, səmərəli və yaddaqalan bir tədbir kimi baş tutub.
Aksiyada şəhid ailələri, qazilər onların ailə üzvləri iştirak edib.

Görmə problemi olanlara tibbi xidmət göstərilib, ambulator müalicə təyin edilib və məsləhətlər verilib. 

İştirakçılar görkəmli oftalmoloq alimin anadan olmasının ildönümü ərəfəsində göz xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə xüsusi həssaslıqla yanaşılmasını Zərifə xanım Əliyevaya xas olan xeyirxahlıq ənənələrinin davamı kimi qiymətləndiriblər.

Hamlet Qasımov

XQ-nin bölgə müxbiri,

Naftalan

















Sosial həyat