Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

post-img

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, doğulan körpənin cinsi kişi, çəkisi 3 000,0 qram, boyu 49 santimetr olub.

Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatoloq Səbinə Mehdiyeva, assistent Tünzalə Bəşirova tərəfindən uğurla icra olunub.

Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Qeyd edilib ki, Səadət Namazlının hamiləlik müddətində zəruri müayinələri aparılıb və onun vəziyyəti daimi diqqətdə saxlanılıb.





Sosial həyat