1997- ci ilin bu günləri idi. Düşmənlə qeyri-bərabər döyüşdə kəşfiyyat qrupumuzun 7 üzvü şəhid oldu, mən isə ağır yaralanaraq əsir düşdüm.
"XQ" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 1 il 11 ay erməni əsirliyində olmuş Aqil Əhmədov deyib.
O qeyd edib ki, əsirlikdə olduğu zaman ağır yaralı olmasına baxmayaraq, ermənilər tərəfindən ağır işgəncələrə məruz qalıb. Bunun nəticəsində hazırda birinci qrup əlildir.
A.Əhmədov əsir düşərkən huşsuz vəziyyətdə olduğunu vurğulayıb: "Ulu öndər Heydər Əliyevin xidmətləri nəticəsində 6 ay sonra şəhid qardaşlarımın nəşi düşməndən geri alındı. 1999-cu ilin martında yenə ulu öndərin səyləri nəticəsində mən də əsirlikdən azad edildim".
A.Əhmədov onu da bildirib ki, artıq üçüncü dəfədir buranı ziyarət edir: “Hər ziyarətimdə məndə eyni hisslər olur. O günləri yenidən yaşayıram".
Səxavət Həmid
XQ
Hadrut