DragonFire-ın lazer silahları düşmənin pilotsuz təyyarələrini və raketlərini vurmağa qadirdir və hər atış üçün cəmi 10 funt-sterlinqə başa gəlir.
Pilotsuz təyyarələri və raketləri vurmağa qadir olan və hər atış qiyməti cəmi 10 funt sterlinq olan DragonFire lazer silahları 2027-ci ilə qədər Britaniya Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərində peyda olacaq. Eyni zamanda, The Telegraph-ın yazdığına görə, bu silahlar Ukraynada daha əvvəl istifadə oluna bilər, çünki hərbçilər qabaqcıl texnologiyalara sürətlə yiyələnirlər.
Britaniyanın müdafiə naziri Qrant Şappsın dediyinə görə, yeni silah texnologiyalarının tətbiqində gecikmələr “müdafiə üçün ən böyük pul itkisidir”.
Şapps bildirib ki, Britaniya DragonFire-ı 2027-ci ilə qədər öz arsenalına əlavə etməyi planlaşdırır, lakin prototipləri 100 faiz tamamlanmasa belə, daha tez Ukraynaya göndərməyi düşünür.
Silah görünməz və səssizdir, çünki işığın dalğa uzunluğu təxminən bir mikrondur, insan gözünə görünmür və işığın infraqırmızı spektrinə yaxındır. Ancaq lazerin hədəfi vurma məsafəsi hələ də açıqlanmır.
S.ELAY
XQ