Sürvə dəmləməsi – şəkərin çarəsi

post-img

El arasında şalfey kimi daha çox tanınan dərman bitkisi sürvə şəkər və diabetə bağlı xolesterin, damar problemlərinin qarşısını almaq üçün çarə ola bilər.

Alimlər sürvə ekstraktının qanda şəkərə necə təsir etdiyini araşdırıblar. Müəyyənləşdiriblər ki, sürvədən hazırlanan çayı içdikdən sonra xəstələrdə aclıq şəkəri daha aşağı olub.

Aydın olub ki, xolesterin, triqliseridlər, lipid səviyyəsi də düşüb. Tədqiqatçılar bu qərara gəliblər ki, sürvə yarpaqları diabet xəstələrinə antihiperqlikemik təsir edir. Ona görə də bu xəstələrə, xüsusən, aclıq şəkərini aşağı salmaq üçün sürvə cövhərinin yüksək dozalarını içmək tövsiyə olunur.

Z.HÜSEYNLİ 
XQ

 

Sosial həyat