Laçınlı Sevinc xanımın üçqat sevinci - VİDEO

post-img

Doğma yurduna qayıtmış Sevinc Cabbarova hazırda üçqat sevinc hisslərini yaşamaqdadır. Təcrübəli pedaqoq işğaldan əvvəl Laçın şəhərindəki 2 saylı tam orta məktəbin ilk məzunlarından olub. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində öz yurduna qayıtdıqdan sonra doğma təhsil ocağına rəhbərlik edir. Sevinc xanım üçün bunlardan heç də az əhəmiyyət kəsb etməyən, qürurverici üçüncü səbəb də var: bu da 7 fevral prezident seçkiləridir.

S.Cabbarova doğma yurdunda yaşadığı hisslərini secki-2024.az saytı ilə bölüşüb.    


Sosial həyat