Astaranın Şüvü kəndində torpaq sürüşməsi aktivləşib

post-img

Astaranın Şüvü kəndində torpaq sürüşməsi aktivləşib.

Bir neçə ev üçün təhlükəli vəziyyət yaranıb, evlərin divarlarında çatlar əmələ gəlib.

Kənd sakini Afərin Əsgərova məxsus ev yararsız vəziyyətə düşüb. Torpaq sürüşməsi qonşu tikililərə də ziyan vurub, sitrus bağlarını məhv edib.

Astara Rayon İcra Hakimiyyətindən bildirilib ki, aidiyyəti qurumlar tərəfindən əraziyə və evlərə baxış keçirilib, müvafiq aktlar tərtib olunub. Məsələ diqqətdə saxlanılır.





Sosial həyat