Həyatımıza yeni, 2024-cü il daxil olur. Xoşbəxtlikdən son illər xalqımız və dövlətimiz üçün bir-birindən uğurlu gəlir. 2024-cü il də böyük tarixi qələbə ilə yaddaşlara yazılıb. Belə ki, Xankəndi və ətrafındakı əzəli torpaqlarımız sentyabrın 19-da başlayan və 23 saat davam edən uğurla antirerror əməliyyatı nəticəsində düşməndən azad edilib.
Beləliklə, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub. 3 il əvvəl 44 günlük şanlı savaşda qazandığımız Tarixi Zəfər sayəsində düşmən əsarətindən qurtulan Şuşada, eləcə də Qarabağın digər şəhər və bölgələrində ilboyu geniş miqyaslı tikinti-quruculuq işləri davam etdirilib.
Möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı “Böyük Qayıdış” proqramı çərçivəsində 30 il yurd, torpaq nisgili çəkən qaçqın ailələrinin bir qismi artıq doğma yurdlarına qayıdıb. Orada bu ailələr üçün hər cür şərait yaradılıb. Zərrə qədər şübhə etmirəm ki, ən yaxın aylar, illər ərzində digər ailələlər də ata-baba yurdlarına qayıdacaqlar.
Bu gün Qarabağda görülən işlərin miqyası və vüsəti hər kəsi heyran edir. Amma, təkcə Qarabağ deyil, Azərbaycanın hər yerində böyük tikinti-quruculuq, abadlıq işləri görülür, yeni müəssisələr açılır, iş yerləri yaradılır. Azərbaycanın şimal bölgəsində, eləcə də bizim Qusar rayonunda da son illər böyük miqyaslı quruculuq işləri həyata keçirilir.
Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı istiqamətində uğurlu göstəricilər əldə olunur. Rayonda, eyni zamanda çox sayda infrastruktur layihələri icra olunur. Qusarda son illər rahat, yaraşıqlı yollar çəkilib. Bütün bunlar Qusar sakinlərində dərin razılıq hissi, vətəndaş məmnunluğu yaradır, hər kəsdə sabaha ümidləri gücləndirir.
Bu gün Azərbaycan böyük və mehriban bir ailəyə bənzəyir. Böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan və ləzgi xalqları arasında dostluq və qardaşlıq əlaqələri tarixən güclü və sarsılmaz olub. Bu dostluq bizim böyük sərvətimizdir. Tamamilə əminəm ki, gələcək nəsillər bu gözəl ənənəni böyük ləyaqət və şərəf hissi ilə davam etdirəcəklər.
Mən uzun illər Qusar rayonunda bir çox məsul vəzifələrdə çalışmışam. Bütün qəlbim və varlığımla Ulu öndər Heydər Əliyevin, eləcə də müzə- Br Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik daxili və xarici siyasətinə hər zaman sadiq olmuşam. Azərbaycanın son illərdəki uğurları məni çox sevindirir.
Qarşıdan 2024-cü il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Hər bir bayram yeni arzular, təzə ümidlər deməkdir. 76 yaşlı bir ağsaqqal kimi xalqımızı ürəkdən təbrik edir, hər bir Azərbaycan vətəndaşına uğur və səadət arzulayıram. Bayramınız mübarək, dostlar!
Mayıl BAĞIROV, təqaüdçü, Qusar rayonu