Beynəlxalq Diaspor Mərkəzi İctimai Birliyi 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə tədbir keçirib

post-img

Beynəlxalq Diaspor Mərkəzi İctimai Birliyi 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə tədbir keçirib. İştirakçılar şəhidlərin ruhunu sükutla yad ediblər. 

Mərkəzin sədri İsmayıl Ağayev “Bayramların zirvəsi müstəqil Azərbaycanın suverenliyidir” mövzusunda nitq söyləyərək deyib ki, 44 günlük zəfərimizin davamı olaraq, 2023-cü ildə anti-terror tədbirləri zamanı ordumuzun növbəti qələbəsinin qazanılmasında xalqla dövlətin, ordunun birgə birliyinin təzahürü olan möhtəşəm qələbənin sevincini yaşayırıq. Azad olunmuş torpaqlarımızda dalğalanan bayraqlarımızı gördükcə, sabahımıza, gələcəyimizə inamla baxırıq. 

O, çıxışına davam edərək bildirib ki, Beynəlxalq Diaspor Mərkəzinin sədri kimi dünyanın müxtəlif ölkələrində, xüsusilə qardaş Türkiyədə və avropa ölkələrində yaşayan soydaşlarımızla birgə torpaqlarımızın düşmən tapdağından tam azad olma sevincini birgə qeyd ediblər. Həmçinin, İrəvanın tarixi bayrağını Avropadakı “Azərbaycan evləri” nin üzvlərinə təqdim etdiyini deyən İsmayıl Ağayev həmin insanlara ümidlərini itirməməyi tövsiyə edib. Çünki, Azərbaycanın Müzəffər Ordusu və Ali Baş Komandanı var. Biz qüdrətli dövlətimizlə bundan sonra da böyük nailiyyətlərə imza atacağıq. 

Tədbirdə, həmçinin Qərbi Azərbaycandan qovulan insanlar da öz Vətən həsrətlərindən danışıblar və onlara dayaq olan Beynəlxalq Diaspor Mərkəzinin xarici ölkələrdəki fəaliyyətini yüksək qiymətləndiriblər. 

Mərkəzin sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Ceyhun Ağayev öz çıxışında inamla bildirib ki, gec-tez öz tarixi torpaqlarımıza qayıdacağıq.

Sonra tədbirdə xaricdə yaşayan azərbaycanlılara müraciət ünvanlandı. Müraciətdə deyilir: 

“Dünyanın müxtəlif yerlərində məskən salan azərbaycanlılar harada olduqlarından asılı olmayaraq, “Azərbaycan deyəndə” ayağa qalxıb bir olsunlar! 

Sosial həyat