Ermənistan hakimiyyəti sosial şəbəkələri izləmək üçün proqram alıb

post-img

Ermənistan İstintaq Komitəsi təxminən 70 min dollar dəyərində sosial şəbəkələri tez izləməyə imkan verəcək kompüter proqramı alıb.

Bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Nəşr yazır ki, "Malteqo" adlanan bu kompüter proqramı çox güclü məlumat toplamağa qadirdir. Proqram sosial şəbəkə səhifələrində, e-poçt ünvanlarında, telefon nömrələrində istənilən məlumatı axtarmağa imkan verir. Axtarılan şəxsin yeri də bu proqram vasitəsilə müəyyən edilə bilər. Başqa sözlə, bu proqramın köməyi ilə açıq internet mənbələrində kəşfiyyat işləri aparmaq mümkündür

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat