Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq.
Bunu Türkiyə Ədalət və İnkişaf Partiyası sədrinin xarici əlaqələr üzrə müavini Zəfər Sirakaya Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - Mərkəzi Aparatının rəhbəri Tahir Budaqovla keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin dünyada analoqu yoxdur: “Azərbaycan və Türkiyə arasında möhkəm əlaqələr bütün türk dünyasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verir”.
Rizvan FİKRƏTOĞLU
XQ

