Növbəti abad həyət istifadəyə verilib

post-img

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət noyabrın 15-də sakinlərin istifadəsinə verilib. 

Yenilənmiş həyət Nəsimi rayonu, Hüseyn Bala Əliyev küçəsi 3, 5 və 7 ünvanında 700 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmizlənməsi və abadlaşdırılması, yaşıllıqların bərpası, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin təmin olunması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Həmçinin 950 ədəd müxtəlif növ ağaclar, 8300 ədəd kol və 3000 ədəd mövsümi güllər əkilib, 3000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. 

XQ

 



Sosial həyat