Sosial xəbərlər

post-img

Şəhid övladlarına ustad dərsləri

Sosial Xidmətlər Agent­liyi şəhid övladları üçün masterklass təşkil edib. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil edilən ustad dərsləri çərçivəsində Vətən mü­haribəsi şəhidlərinin övladların­dan bir qrupuna kulinariya üzrə bilik və bacarıqlar aşılanıb.

Həmin mərkəzin təlimçiləri və agentliyin Əlilliyi olan şəxs­lərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələr şəhidlərimi­zin övladlarına milli mətbəximizin rəmzlərindən biri olan qutabın ha­zırlanması qaydasını öyrədiblər. Onlar birlikdə qutab bişirərək mə­harətlərini nümayiş etdiriblər.

Layihənin məqsədi qəhrəman Vətən övladlarının yadigarlarının və əlilliyi müəyyən edilmiş şəxslə­rin fərdi bacarıqlarının inkişaf etdi­rilməsi, həmin şəxslərin dünyagö­rüşünü, motivasiyasını artırmaq, yeni yaradıcılıq uğurlarını stimul­laşdırmaq, sosial reabilitasiyasına dəstək olmaqdır.

100 kimsəsiz uşaq da ana-atalı oldu

2023-cü ilin ötən dövründə 100 uşaq övladlığa verilib. On­lardan 51 nəfəri oğlan, 49 nəfəri isə qızdır. Ailələrə verilən uşaq­lardan 66 nəfərini yaxın qohum­lar övladlığa götürüblər.

Xatırladaq ki, Prezident İlham Əliyevin fərmanı əsasında 1 no­yabr 2019-cu il tarixdən övladlı­ğagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müda­fiəsi Nazirliyinə həvalə olunub. Nazirlik bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılmasını təmin edib.

Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla, nazirliyin əməkdaş­ları monitorinqlər aparırlar.

Uşaqlarla bağlı reinteqrasiya tədbirləri də davam edir. Həmin tədbirlər nəticəsində bu il döv­lət uşaq müəssisələrindən 126 uşaq öz ailəsinə qaytarılıb. Həmin uşaqlardan 67 nəfəri oğlan, 59 nəfəri isə qızdır.

Daha 170 şəxsə kiçik biznes yaradılıb

Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” üzrə ölkəmizin bölgələrində daha 170 şəxsə avadanlıqlar verilib. Bu barədə Əmək və Əha­linin Sosial Müdafiəsi Nazirliyin­dən bildiriblər.

Qeyd olunur ki, verilmiş ava­danlıqlarla onlar istehsal və xid­mət sahələri üzrə kiçik bizneslərini qurublar.

“Məşğulluğa Dəstək Layihəsi” işsiz kimi qeydiyyata alınmış həs­sas qruplara aid şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alan­lar və b.) özünüməşğulluq fəaliy­yətinin təşkilinə dəstək məqsə­di daşıyır. Layihə çərçivəsində ümumilikdə 22 min şəxsin kiçik biznesə çıxışına dəstək verilməsi hədəflənib. 

Məşğulluqla bağlı dinləmə 

“Məşğulluğa Dəstək layihə­si” barədə məlumatlılığı artır­maq, nəzərdə tutulmuş hədəf kateqoriyaları layihəyə cəlb et­mək məqsədilə Lənkəran şəhə­rində də ictimai dinləmə keçiri­lib. 

Görüşdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, icra­sı zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqra­mın gözlənilən faydaları, müraciət və iştirak qaydaları barədə ətraflı məlumat verilib.

Sonda iştirakçıları maraqlandı­ran suallar cavablandırılıb, layihə çərçivəsində öz biznesini qurmaq istəyən işsizlərə müvafiq töv­siyələr verilib.

 

Zərifə BƏŞİRQIZI
XQ



Sosial həyat