Dövlət Komitəsinin sədri Ucarda vətəndaşları qəbul edib

post-img

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 19-da Ucar, Kürdəmir, Göyçay və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl DQİDK sədri Mübariz Qurbanlı və Ucar Rayon  İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbula gələn vətəndaşlar dini icmaların kitablarla təmin edilməsi,  dini təhsil, dini maarifləndirmə işinin genişləndirilməsi, habelə digər məsələlərlə bağlı müraciətlər ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.



Sosial həyat