İçərişəhərdə nərd yarışı: “Oyunçu aparsın”

post-img

İçərişəhərdə ağsaqqallar arasında “Oyunçu aparsın” adlı nərd yarışması təşkil edilib. Bu barədə mətbuata “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib.

Qeyd edək ki, sentyabrın 17-dək davam edəcək yarış ağsaqqalların asudə vaxtlarının maraqlı və səmərə­li təşkili məqsədilə keçirilir.

Tarixi, əyləncə və sağlam müba­rizəni özündə birləşdirən bu maraqlı yarışda Bakının və Bakı kəndlərinin ağsaqqalları iştirak edirlər.

Qeyd edək ki, turnir “İçərişəhər” Ağsaqqallar Şurası, “Üçüncü Bahar” İctimai Birliyi və Azərbaycan Milli İd­man Növləri Assosiasiyasının birgə təşəbbüsü, “İçərişəhər” Dövlət Ta­rixi-Memarlıq Qoruq İdarəsi, Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.

XQ

Sosial həyat