Tərtərdə icbari tibbi sığorta ilə bağlı ictimai müzakirə

post-img

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının inzibati binasında icbari tibbi sığorta ilə bağlı ictimai müzakirə təşkil olunub.  Tədbiri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Optimist” Sosial Problemlərin Həllinə Yardım ictimai birliyi həyata keçirib.

“Müharibənin mənfi təsirindən əziyyət çəkən regionlarda icbari sığorta haqqında yerli əhalinin maarifləndirilməsi“ adlı tədbirdə dövlət qurumlarının nümayəndələri, QHT rəhbərləri və media nümayəndələri iştirak ediblər.

“Optimist”in sədri, layihə rəhbəri Habil Niftalı qeyd edib ki, layihə üzrə ilk tədbir Tərtərdə təşkil olunub: “Məqsəd müharibənin mənfi təsirindən əziyyət çəkən regionlarda icbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi, onların icbari tibbi sığortaya əlçatanlığının təmin olunmasına yardımçı olmaq, bu sığorta sistemindən yararlanmaq üçün tibb müəssisələrinə müraciət qaydası barədə məlumatlandırmaqdır”.

Habil Niftalı bildirib ki, icbari tibbi sığortanın tətbiqi məqsədilə görülən işlər, vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılması səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edəcək.

İcbari Tibbi Sığorta Agentliyinin əməkdaşı Sevil Əliyeva icbari tibbi sığorta, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, göndərişlərin verilmə qaydası, tibbi sığorta sistemindən yararlanmaq üçün tibb müəssisələrinə müraciət qaydası barədə geniş məlumat verib. Tədbir müzakirələrlə yekunlaşıb. 

Tədbirdə iştirak edən gigər şəxslər layihənin əhəmiyyətli olduğunu və əhalinin bu barədə məlumatlanmasını yüksək qiymətləndiriblər.

Layihənin növbəti tədbirləri bu gün Bərdə və Füzuli rayonlarında baş tutacaq.

Rizvan FİKRƏTOĞLU,

XQ



Sosial həyat