Çin dünyanın ən iri avtomobil ixracatçısıdır

post-img

Bu il Çin yəqin ki, Yaponiyanı keçəcək və dünyanın iri avtomobil ixracatçısı olacaq. Bu barədə məlumatı “Financial Times” verib.

Məlumata görə, bu ilin yanvar-iyul aylarında Çinin ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 74 faiz artaraq, 2,8 milyon ədədə çatıb, onlardan 1,8 milyonu benzin mühərrikli maşınlardır.

Məlumatda qeyd olunur ki, avtomobil ixracının artması ölkə daxilində istehsalın tələbatı üstələməsi ilə bağlı dərin struktur problemləri fonunda baş verir. 

Qəzetin fikrincə, son illərdə Çin avtomobil istehsalçılarının rəqabətqabiliyyətliyi dövlətin bu sahəyə dəstək tədbirləri, eləcə də özəl investisiyalar hesabına artıb. 

Paşa ƏMİRCANOV, 

XQ

Son xəbərlər