Türkcə şeir yazan şəhid leytenant

post-img

Nakam şair Murad Nağıyev

Haqqında söhbət açmaq istədiyimiz şəhid leytenant Murad Mayıl oğlu Nağıyev Qazax rayonunda doğulub. O, Bakının Bakıxanov qәsәbәsindәki 271 saylı nömrәli mәktәbdә 8-ci sinfibitirdikdәn sonra, 2011-ci ildә Cәmşid Naxçıvanski adına Hәrbi Liseyә qәbul imtahanlarında iştirak edib, yüksәk nәticә göstәrdiyinә görә Türkiyәnin Kuleli Hәrbi Liseyinә seçilib. 2015-ci ildә Türkiyәdә Kara Harp Okuluna daxil olub. 2016-cı ildә tәhsilini Heydәr Əliyev adına Ali Hәrbi Akademiyada davam etdirib. Müxtəlif yerlərdə hərbi təlimlərdə və toplantılarda fərqlənib. 2020-ci ildә Bakı yaxınlığında yerlәşәn “N” saylı hәrbi hissәyә tәyinat alıb.

Leytenant rütbәsi ilәtank taborunda taqım komandiri, tank komandiri kimi xidmәtini davam etdirib. Vətən müha­ribəsi başlanan ilk gündən ön cəbhəyə yollanıb. Murad Nağıyev tank komandiri olaraq Kәnd Horadizin alınmasında şü­caәt göstәrib, Füzuli, Cәbrayıl, Zәngilan və Hadrut istiqamәtlәrindәki döyüşlәrdәdüşmәnin xeyli sayda strateji obyektini, zirehli texnikasını vә50-yәyaxın şәx­si heyәtini mәhv edib, hərbi texnikasını qәnimәt götürüb. Əsgər yoldaşları deyir ki, Murad həmişə özünü qabağa atıb. O, sürdüyü tankı heç kimə verməyib.

Ailədə üç qardaşdan ən kiçiyi olan Murad yumruq boyda ürəyinə Vətən boyda sevgi sığdırıb. Son sözlərini qar­daşı Orxana yazıb: “Qardaşım, mən gedirəm, haqqınızı halal edin. İnşallah, görüşərik, öpürəm hamınızı”.

Oktyabrın 11-dәCәbrayıl ərazisin­dəki döyüş zamanı düşmәnin uzaqdan idarәolunan tank әleyhinәraket zәrbәsi nәticәsindәşәhid olub. Oktyabrın 20-dәBakıdakı İkinci Fәxri xiyabanda dәfn olunub. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vәtәn uğrunda” vә“Cәb­rayılın azad olunmasına görә” medalla­rına layiq görülüb. 

Anası Xavər Məmmədli Murad üçün çox darıxdığını söyləyir: 

– Murad Türkiyəyə gedəndən sonra üzünü çox az gördük. Balamdan doy­madım ki… Burada iki ay xidmət etmiş­di ki, müharibə başladı. Şəhidliyinə bir gün qalmış qardaşı ilə danışıb, arzuları­nı dilə gətirib. Sevdiyi qız vardı, onunla ailə qurmaq istəyirdi. Oğlum sanki qa­yıtmayacağını hiss edirdi. Hər sözünün sonunda “əgər qayıda bilsəm…” – de­yirdi. Yolunu çox gözlədik, amma qayıt­madı”.

Murad uşaq yaşlarından riyaziyyata və incәsәnәtәmaraq göstәrib, müxtәlif musiqi alәtlәrindәifa etmәyi öyrәnib. Üstün zəkasına və yüksək riyazi nəti­cələr göstərdiyinə görə hərbi liseydəki müəllimləri ona “riyaziyyat dahisi” de­yirmişlər. Ancaq Murad poeziyaya daha çox könül verib, Azərbaycan və türkcәşeirlәr yazıb. Qələm təcrübələri müxtə­lif ədəbiyyat çevrələrində bəyənilib və “Kardeş Kalemler” jurnalında, həmçinin “Ədəbiyyat qəzeti”ndə dərc olunub.

2021-ci ildə şair Barat Vüsal şəhid leytenantın xatirəsinə “Muradım mə­nim” adlı şeirinin qələmə alıb. Ötən ilin yazında Murad Nağıyevin şərəfli hə­yatından və şanlı döyüş yolundan bəhs edən, onun şeirlərinin də daxil edildi­yi “Murad” adlı kitab işıq üzü görüb. Şəhidin “Fikrim hey ondadır” şeirinə bəstələnən musiqi səsləndirildikdən sonra təhsil aldığı məktəbin şagirdləri onun şeirlərini söyləyiblər. 

Muradına yetməyən, dünyadan vaxt­sız köçən Murad Nağıyevin həyat yolunu onun öz gözlərinin “pəncərə” sindən seyr edən Kamran Ağabalayevin nakam şai­rin şeirlərini səsləndirdiyi, “Qayıtsaydım” sənədli filmi isə 2022-ci ilin oktyabr ayın­da paytaxtın Park Cinema Alov Qüllələri kinoteatrında nümayiş olunub. Bu təsirli filmin çəkilişləri Bakı, Şuşa, İstanbul və İzmir şəhərlərində həyata keçirilib. Mu­radın türk ləhcəsində yazdığı şeirlərdən birini təqdim edirik. 

 

İSTANBUL VE HAYAT

Yeni bir gün başlat hayatta.

Sabah güneş kendini göstermeye başlar, 

Sonsuz ufuklarda. 

İlk ışıklar akseder deniz üstünde.

Öylece izlemeye başlarsın güneşin doğuşunu, 

Sonra dayanamazsın bu güzellik karşısında, 

İçini bir ferahlık kaplar. 

Yüzün güler, hayran kalırsın bu eşsizliğe.

Her şey uçuverir aklından,

Kilitlenip kalırsın bu manzaraya,

Ama uzun sürmez bu güzellik,

Hayat gibi güzel görünür ilk başta.

Ve bitti artık bu doyumsuz güzellik,

Acı vermeye başlamıştır çok sevdiğin ışıklar.

Gözlerin kamaşır, dayanamazsın, bakamazsın,

Sonra yüzün yanmaya başlar.

Bir tokat yemiş gibi yüzün yanar,

Evet bir tokat, hayattan yediğin bir tokat.

Ne tuhaf değil mi?

İlk önce aldanıp sonra yanmak.

Murad NAĞIYEV

 

Əli NƏCƏFXANLI,
AYB-nin üzvü

Sosial həyat