Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin final mərhələsi keçirilib.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, final mərhələsi Bakı, Gəncə, Şəki, Sumqayıt, Şirvan və Naxçıvan şəhərlərində, ümumilikdə 5 mərkəzdə təşkil edilib.
Şagirdlər iyunun 7-dən etibarən https://portal.edu.az üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər.
Qeyd edək ki, Lütfi Zadə olimpiadasında ən yüksək nəticə göstərən 60, fənn müsabiqələrində isə 42 nəfər qalib hesab olunur.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”