E - elmlə e - təhsilin inteqrasiyası

post-img

Son illər ölkəmizdə müasir informasiya texnologiyalarının tətbi-qinin bir çox istiqamətlərində davamlı işlər görülür. Təqdirəlayiq haldır ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunda da elektron elm və elmmetriya problemləri ilə bağlı tədqiqatlar davam etdirilir.

İnstitutdan mediaya bildirilib ki, bu is­tiqamətdə cari ildə “E-elm və e-təhsilin in­teqrasiyasının elmi-metodoloji və praktiki problemlərinin tədqiqi” mövzusu üzrə tədqiqatların aparılması nəzərdə tutulur. 

Xəbərdə, həmçinin bildirilir ki, mövzu üzrə e-elm və e-təhsilin inteqrasiyası sahə­sində mövcud vəziyyətin araşdırılması və xarakterik problemlərin müəyyənləşdirilmə­si, eləcə də sənaye 4.0 platformasında e-elm və e-təhsilin inteqrasiyasının konseptual və arxitektur-texnoloji prinsiplərinin işlənməsi planlaşdırılıb.

 

“Xalq qəzeti”

Sosial həyat