Epifiz vəzi – üçüncü göz

post-img

Araşdırmaçı alimlər belə bir nəticəyə gəliblər ki, bu orqan aktivləşərsə həyata tamamilə fərqli gözlə baxan biri ola bilərsiniz. Belə ki, onlar epifiz vəzi adlanan bu orqanın dəniz və su çox olan ərazilərdə az, dağlıq ərazilərdə isə daha çox hormon ifraz etdiyini deyirlər. Buna görə də, bir çox ibadət yerləri mümkün olduqca daha yüksək yerlərdə tikilir. Səbəb isə çox sadədir. Bu hormonun yardımı ilə üst şüurla təmas etmə və kainatla rabitə daha asan qurulur. 


Epifiz vəzi 100-180 milli qram ağırlığında olmasına rəğmən, böyrəkdə ən çox qan yığan orqan hesab olunur. Beynin dərin qatlarında, qaranlıqda yerləşsə də, dəri vastəsilə işığın olub-olmadığını anlayır, öz-özünə işıq ifraz edir. Üç növ hormondan ibarətdir: 
- Melotonin - yuxu və ya oyanma;
- Serotonin - xoşbəxtlik;
- DMT - Dimetil, Dreptomin - ruh və ya gerçəklik. 
DMT hormonu ilə beyin dəyişikliyə uğrayır və ya başqa bir gerçəkliyə açılır. Bu hormon, həmçinin xərçəng xəstəliyinin inkişafının qarşısını alır. Yuxuda yaranır və istehsal olunur. Ona bəzən doğum və ölüm hormonu da deyilir. Həkim-professor Reyk Strasmonun apardığı araşdırmalara görə DMT hormonunun epifiz vəzi tərəfindən istehsal olunduğu irəli sürülür. Bu hormon bəşər övladına kainatın bütün gerçəkliklərini açıb göstərir.
Epifiz vəzinin əsas xüsusiyyətlərindən biri də insan beynində, düşüncəsində birlik və vəhdət hissini oyatmasıdır. Eləcə də, insana kainatla bütöv olduğu hissini aşılayır. Bu orqanın ruhun kainat və digər bilinməyən yüksək yerlərə açılan qapısı olduğu söylənilir. 
Dini şərhçilər İsa peyğəmbərin “qaranlıqda oturanlar gerçək işığı görərlər” fikri ilə  bəsirət gözünə – üçüncü gözə işarə etdiyini bildirirlər. Bu orqan insanın ən böyük fitri istedadını açıb göstərir. İnsan zəkasına və ağlına işıq tutan ən böyük fitrət vəzisidir. İnsanın yatma və oyanma vaxtını nizamlayır. Ən güclü enerji mərkəzlərindən biridir. Bu da epifiz vəzi ilə birbaşa əlaqədardır. 
Qeyd edək ki, tərkibində sodium florid olan maddələr epifiz vəzinin düşmənidir. Bu da bir çox məhsullarda – ərzaq, içkilər, xlorlu sular, yuyucu vasitələr və s. tərkibində mövcuddur. Epifiz vəzi bu maddələrdən yaranan problemler nəticəsində öz funksiyasını itirməyə başlayır. 
Bəzi nəzəriyyəçilər yuxarıda adıçəkilən bu maddənin istifadə etdiyimiz vasitələrə qatılaraq, ilahi qüvvə ilə aramızda olan bağı qoparmağa cəhd etdiklərini iddia edirlər. Onlar bilirlər ki, üçüncü gözü passivləşdirməkdə məqsəd insanları manqurtlaşdıraraq onları rahat şəkildə idarə etməkdir.


Fidan HÜQUQQIZI, 
“Xalq qəzeti”

Sosial həyat