Türkmənistan Naxçıvana dron hücumu ilə bağlı narahatlığını bildirib

post-img

Martın 7-də Türkmənistanın Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən XQ-ə verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə İran İslam Respublikası tərəfindən dron hücumlarından irəli gələn məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov qarşı tərəfə dron hücumları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanın ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir. Hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində izahat verilməsinin tələb olunduğu diqqətə çatdırılıb.

Türkmənistan naziri mövcud vəziyyətin narahatlıq doğurduğunu diqqətə çatdırıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Siyasət