İtaliya XİN: Azərbaycan ilə Ermənistan arasında tarixi sülh razılaşması regionda sabitlik və inkişaf üçün fürsətdir

post-img

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilmiş görüşə dair imzaladığı Birgə Bəyannaməni alqışlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

“ABŞ-ın vasitəçiliyi sayəsində Azərbaycan ilə Ermənistan arasında tarixi razılaşmanı suverenlik və ərazi bütövlüyünə əsaslanan normallaşmaya doğru bir addım kimi alqışlayırıq. Bu, regionda sülh, sabitlik və inkişaf üçün fürsətdir”, - deyə paylaşımda qeyd olunur.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Siyasət