Azərbaycan mediası bu gün peşəkarlar sırasındadır. Dünən Prezident İlham Əliyevin Azərbaycan mediası haqqında qeydləri, hesab edirəm ki, onlara göstərilən böyük etimadın göstəricisi və zəhmətinə verilən ən yüksək və ali qiymətdir. Dövlətimizin başçısının mediamızın qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində, dövlətçiliyimizin dəstəklənməsi, milli maraqlarımız uğrunda mediamıza bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Hikmət Hacıyev Azərbaycan mediasını qarşıdan gələn 150 illik yubileyi münasibətilə təbrik edib: “Azərbaycan mediasına qarşıdan gələn fəaliyyətlərində yeni-yeni uğurlar, nailiyyətlər arzulayıram”.