Antalya Diplomatiya Forumu çərçivəsində aprelin 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyindən bildirilib ki, tərəflər Azərbaycan ilə Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər.
Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.