Gürcüstan Parlamentinin sədri və XİN rəhbəri AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı paylaşım ediblər

post-img

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Azərbaycanın AZAL şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasına görə məyus olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Papuaşvili sosial şəbəkədə yazıb.

“Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və dostlarına böyük hüznlə başsağlığı verirəm. Bütün Azərbaycan xalqına dərin məyusluğumu bildirirəm. Kədərinizə şərikik və xəsarət alanların hamısına tezliklə şəfa diləyirik” – deyə, Şalva Papuaşvili yazır.

Gürcüstan Xarici işlər Nazirliyi də qəza ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Onlarla insanın həyatına son qoyan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması xəbərini dərin hüznlə eşitdik. Biz dost Azərbaycan xalqına dərin hüznlə başsağlığımızı bildiririk. Bu çətin zamanda sizinlə çiyin-çiyinəyik”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Siyasət