Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri Polşa Prezidenti Anjey Duda Bakıda jurnalistlərə açıqlamasında deyib.
Dövlət başçısı bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü xatırladıb.
“İki ölkə arasında çox gözəl iqtisadi əlaqələr mövcuddur. O cümlədən enerji sahəsində əməkdaşlıq əlaqələrimizin ənənəvi hissəsini təşkil edir. İnanıram ki, bu əlaqələr ikitərəfli əməkdaşlığın digər sahələrində də dərinləşəcək”, - deyə Polşa Prezidenti əlavə edib.