Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin xarici işlər nazirlərinin müavinlərinin çoxtərəfli formatda siyasi məsləhətləşmələrinin ikinci mərhələsi baş tutub.
AZƏRTAC xəbər verir ki, bu vəsilə ilə xarici işlər naziri Hakan Fidan Türkiyədə səfərdə olan TDT ölkələrinin XİN rəhbərlərinin müavinləri ilə görüşüb.
“Türk Dövlətləri Təşkilatının yaradılması haqqında Naxçıvan Sazişinin 15 illiyi" və “3 Oktyabr - Türk Dövlətləri Əməkdaşlıq Günü”nə təsadüf edən görüşdə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov iştirak edib.
Toplantıya Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətinin rəsmiləri ilə bərabər TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev də qatılıb.