Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Belarus Milli Kitabxanasında olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Nümayəndə heyəti kitabxanada yaradılan şəraitlə tanış olub, burada saxlanılan kitablar barədə məlumat alıb.
Parlament nümayəndə heyəti burada yaradılan Azərbaycana həsr olunmuş bölmə ilə də tanış olub. Milli Məclisin sədri kitabxanaya Azərbaycan dövlətçilik tarixi haqqında, həmçinin "Qarabağ: işğaldan əvvəl və işğaldan sonra" kitablarını hədiyyə edib.
Sonra Sahibə Qafarova xatirə kitabını imzalayıb.
Azərbaycan parlament nümayəndə heyəti, həmçinin Minskdə "Horizont" Elektronika və İnnovasiyalar Mərkəzi və ilk Milli Ticarət Evi ilə də tanış olub. Burada qonaqlara Belarus istehsalı olan müxtəlif məhsullar haqqında məlumat verilib.