Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 8-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
Nazirlər Kabinetindən bildiriblər ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkiyə dövlətinin başçısına çatdırdı.
Baş nazir cari ilin noyabrında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Rəcəb Tayyib Ərdoğana təqdim etdi.
Görüş əsnasında Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edildi.