İordaniya Haşimilər Krallığının Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi Azərbaycan və Ermənistan arasında dörd kəndlə bağlı əldə olunan razılaşmaya və iki ölkə arasında davam edən demarkasiya səylərinə dəstəyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Sufian Qudah bəyan edib. O, İordaniyanın iki ölkə arasında sabitlik və təhlükəsizliyin gücləndirilməsinə xidmət edən bu təşəbbüsləri dəstəklədiyini bildirib..
Sufian Qudah bu cür razılaşmaların daha geniş sülh danışıqlarına yol açdığını bildirərək qlobal sülh və təhlükəsizliyin gücləndirilməsində əhəmiyyətli olduğunu vurğulayıb.