Tokayev: Qazaxıstanla Azərbaycan arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram

post-img

Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüş zamanı söyləyib.

Qazaxıstan Prezidenti, həmçinin deyib: “Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram”.

Siyasət