Ermənistana Antalya dərsi

post-img

Artıq üçüncü dəfə keçirilən və 148 ölkədən 4700 nəfərin qatıldığı Antalya Dip­lomatiya Forumu (ADF) başa çatıb. Əsas devizi “Böhranlar dövründə diploma­tiyanın ön plana çıxarılması” olan bu forumda qlobal problem və böhranlar kimi bir çox aktual mövzular ilə yanaşı, iqlim dəyişikliyi, immiqrasiya, anti-is­lamizm, ticarət müharibələri və süni intellekt və s. məsələlər müzakirə edildi.

Tədbirin əsas məqsədi üzləşdiyimiz böhranlı vəziyyətlərdən çıxış yolu tap­maq üçün ümumi müzakirə platforma­sı yaratmaq idi ki, forumun sonundakı çıxışında Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirdi ki, önəmli ölçüdə tədbir öz məqsədinə çatmışdır, davam edən müharibələr, terrorizm, qeyri-qa­nuni miqrasiya, ksenofobiya kimi bir çox problemin birgə həllinə nail olmaq üçün qərarlı addımlar atılmışdır. 

Forumda əsas müzakirələrdən biri də Cənubi Qafqaz bölgəsində sülh pro­sesinin gedişatı və Ermənistan–Azər­baycan və Ermənistan–Türkiyə ara­sında aparılan danışıqlar və sülhə nail olmaq üçün ələ alınan tədbirlərin real nəticə verməsi üçün maneələrin aradan qaldırılması idi. 3-cü Diplomatiya Foru­munda XİN rəhbəri Ararat Mirzoyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyəti təmsil olunmuşdu. Ermənistan–Türkiyə münasibətlərini normallaşdır­maq üçün səlahiyyətli təmsilçi Ruben Rubinyan da nümayəndələr arasında idi. Ermənistanlı diplomatlar həm Tür­kiyə, həm də Azərbaycandan olan həm­karları ilə bir araya gəlmiş, bölgədəki durum və Ermənistan–Azərbaycan, Ermənistan–Türkiyə münasibətlərinin müxtəlif məqamları müzakirə edilmişdir.

Ermənistanla Azərbaycan arasında Berlində əldə olunmuş razılaşmaların fonunda Antalyada da sülh prosesinin davam etdirilməsi üçün XİN rəhbərləri, diplomatlar səviyyəsində görüş keçiril­məsi gözlənilən idi və Azərbaycan An­talya forumunda haqlı olaraq bu fikri səsləndirdi ki, Ermənistan sülh razılaş­malarına hazır olduğunu göstərən ad­dımlar atmalıdır. 

Azərbaycanın sülh təkliflərini Ermə­nistan göndərməsindən xeyli vaxt ke­çib və Ermənistan Azərbaycana qarşı 1991-ci ilin Müstəqillik haqqında bəyan­naməsində ölkəmizin ərazi bütövlüyünə qarşı iddialarını aradan qaldırmalıdır, həm də Müstəqillik Bəyannaməsindən sonra qəbul etdiyi 1995-ci il Konstitu­siyasında da dəyişiklik etməlidir. O da ifadə edildi ki, 2020-ci il 10 noyabr bə­yannaməsinə imza atan və Azərbayca­nın Qərb bölgələrini Naxçıvana bağla­yan komunikasiya xəttinin açılması və maneəsiz keçidin olması üçün də imza atdığı sənədə uyğun olaraq öhdəliyini yerinə yetirməlidir. 

Ermənistan bu öhdəliyi yerinə ye­tirməkdən imtina etdiyi təqdirdə qalıcı sülhə nail olmaq çətindir. Ermənistan nümayəndələri həmişə olduğu kimi, müxtəlif bəhanələr gətirdilər, danışıqlar predmetinin bu olmadığını irəli sürdülər. Dünya diplomatlarının gözü qarşısında Ermənistanın işğal altında saxladığı 8 Azərbaycan kəndinin də geri verilməsi həqiqəti qarşısında aciz duruma düş­dülər. 

Fərqli ölkələrdən gələn diplomatlar da bunun şahidi oldular ki, sülh prose­sinin uzadılmasını istəyən hansı ölkə­dir? Ermənistan bu prosesi uzatmaqla özünə yeni tərəfdarlar toplamaqda və gərginliyi artırmaqda, ayrı-ayrı ölkələr­dən silah almağı davam etdirməkdədir. Sülh istəyən ölkə nə üçün Fransa və Hindistan kimi ölkələrdən hücum silah­ları almalıdır? Bu suala cavab verməyə çalışan Ruben Rubinyanın naşı və tə­sadüfi bir “diplomat” olduğu göründü: “Biz silahlanmırıq... Bizim təhlükəsizlik problemimiz var, həm də Azərbaycanın səbəbindən...” Həm belə deyir, həm də elə. Sanki dünya bilmir ki, kin və nifrətin pik həddə olduğu bir ölkənin silahlan­ması hansı fəlakətlərə yol aça bilər? Er­mənistanda belə hesab edənlər var ki, Fransa və ermənilərin digər havadarları Ermənistanı silahlandırmaqla onu fə­lakətə sürükləyirlər. 

Sülhə hazır olmamasının əyani olaraq göründüyü Antalya Diplomati­ya Forumu Ermənistanın bölgə üçün təhlükəli maşa olduğunu ortaya qoydu. Zəngəzur dəhlizi ilə bağlı Ermənista­nın mövqeyində eyni siyasi hesabların olduğu açıq göründü. Azərbaycanın əsas ərazisindən Naxçıvana Kalininq­rad variantı təklifinin də burada yenidən səsləndirilməsi Ermənistana bir daha düşünmək şansı verir. Avropa İttifaqının Cənubi Qafqaz məsələləri üzrə xüsusi təmsilçisi Toyvo Klaarın da Azərbayca­nın əsas ərazisi ilə Naxçıvanın bir-birinə bağlanması barədə mövqeyi aparılan polimekalarda əsas mövzu oldu. 

Ermənilər Klaarın mövqeyinin Av­ropa qurumlarının fikir dəyişikliyi kimi qələmə verməyə və narahat olmağa başlayıblar. Əslində ağlı başında olan istənilən şəxs anlayır ki, Ermənistanın öhdəsinə götürdüyü bütün kommuni­kasiya xətlərinin açılması, ilk növbədə bu ölkənin xeyrinədir. Ermənistanın bu məsələdə dirənişinin bir nəticəsi olma­yacağı aşkardır, o sadə səbəbdən ki, bu dəhlizin açılması bütün region və ondan kənarda olan ölkələrin maraq dairə­sindədir. Heç bir siyasi güc və maraqlı dövlət bu işə mane olan dövlətin siyasi hesablarını təqdir etməz. Antalya görüş­lərini şərh edən Paşinyan hakimiyyətinə yaxın olan təhlilçi David Qriqoryan de­yir ki, Zəngəzurdan dəhlizin açılması təqdirində biz də Türkiyədən keçmək­lə, Avropaya maneəsiz keçid istəyək... Səviyyəsizliyin dərəcəsinə baxın! 

Antalya forumunda Türkiyə ilə Ermə­nistan arasında diplomatik münasibətlə­rin qurulması və sərhədlərin açılması ilə bağlı məsələlər də müzakirə edilmişdir. Türkiyə təmsilçisi, keçmiş səfir Sərdar Kılıç Rubinyanın üzünə deməyə məcbur oldu ki, neçə aylardır görüşmək təklifini Ermənistan geri çevirir. Həm də bu onun göstəricisidir ki, Ermənistan sülh danı­şıqlarını manipulyasiya etməyə çalışır. Ermənistan nümayəndəsi Türkiyənin şərtlərinin olduğu bəhanəsini dilə gətirir. Əlbəttə, şərt olaraq heç bir şey səsləndi­rilməyib. Amma Ermənistan Türkiyənin Şərqi Anadolu ərazilərinə iddiadan və “soyqırımı” tələbindən vaz keçməlidir, Ağrı dağının rəsmini Dövlət gerbindən qaldırmalıdır, Ermənistanın himnindəki Türkləri qəsd edən “düşmən” kəlməsini çıxarmalıdır. Bunların özü Ermənista­nın media qurumlarında artıq müzakirə mövzusudur. Orta məktəblərdə dərs vəsaiti kimi tədris olunan “Erməni tarixi” kitabında bu məsələlər öz əksini tapma­lıdır. Sərdar Kılıç ermənilərə forum çər­çivəsində müzakirələrdə açıq şəkildə bildirdi ki, “bizim öz aramızda müzakirə edib nəticə əldə etmək mümkün ikən Er­mənistan müxtəlif mərkəzlərə baş vur­ması anlamsız cəhdlərdir. Vaxtilə həmin mərkəzlər, o cümlədən, ATƏT-in Minsk qrupu bu prosesə xeyli zərər vurdu”. Türkiyəli diplomat qeyd etdi ki, bölgənin sahibi bizlərik, biz bu problemləri mü­zakirə edib həll edə bilərik. Kılıç demək istəyir ki, bölgəyə kənar müdaxilələr ümumən burada yaşayan xalqlara zərər vura bilər və Ermənistanın sülh prosesi­nin başqa yerlərdə araması əbəsdir. 

Üçüncü Antalya Diplomatik Forumu Ermənistan üçün yeni dərs oldu. Qarşı­dakı zamanda İrəvanın nəticə çıxarması üçün ona optimal yollar göstərildi. Anla­dıldı ki, bölgədə sabitliyin və sülhün əldə edilməsində maraqlı olan region dövlət­ləri bu işi Ermənistanın və onun hava­darlarının ixtiyarına verməyəcəklər.

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Siyasət