TÜRKPA rəsmisi: İlk dəfə olaraq seçkiləri bütöv Azərbaycan torpaqlarında müşahidə etmək bizim üçün də xüsusi əhəmiyyət daşıyır

post-img

Bizə dost olan Azərbaycanın əlamətdar günündə buradayıq. İlk dəfə olaraq seçkiləri bütöv Azərbaycan torpaqlarında müşahidə etmək bizim üçün də xüsusi əhəmiyyət daşıyır. Səsəvermə günü seçki prosesini işğaldan azad olunmuş torpaqlarda müşahidə edəcəyik. TÜRKPA həmişə Azərbaycanın yanındadır və bu, daim belə olacaq.

Bu fikirləri TÜRKPA nümayəndə heyətinin rəhbəri, qurumun Beynəlxalq münasibətlər və hüquq komissiyasının sədri Osman Mesten Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşdə səsləndirib.

TÜRKPA-nın həm Azərbaycan, həm də Türk dünyası ölkələri ilə sıx təmasda olduğunu vurğulayan O.Mesten deyib: “Demokratik ölkə olan Azərbaycanda seçkilərin ölkə qanunvericiliyinin tələblərinə uyğun şəkildə keçiriləcəyinə inanırıq. Səsvermənin səhəri gün mətbuat konfransı keçirəcəyik və nəticələri açıqlayacağıq”.

Siyasət