Erməni deputat: Qriqoryan və Asryanın hansı pasportları var?

post-img

Ermənistan parlament müxalifəti Qarabağ ermənilərinin “vətəndaşlıq şəhadətnaməsi” deyil, “səyahət pasportu” olduğu üzə çıxan Ermənistan pasportlarına etiraz edir.

“Caliber” xəbər verir ki, bu barədə Ermənistan KİV-i yazır.

“Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyan qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsindən olan erməni miqrantlarına verilən mavi rəngli pasportlar vətəndaşlıq şəhadətnaməsi deyil. Bu səbəbdən Qarabağ ermənilərinin Ermənistanda xeyli statusu məhdudlaşdırılır. Məsələn, dövlət vəzifələrinə təyin edilmək üçün “vətəndaşlıq şəhadətnaməsi” tələb edilir.

“Lakin Xocavənddə anadan olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanda və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Edvard Arsyanda da oxşar paaportlar var”, - deyə erməni deputat bu məsələni diqqətə çatdırıb.

P.S. Belə çıxır ki, Qasrabağdan getmiş ermənilər Ermənistanda ikinci dərəcəli vətəndaş olmaq istəmir, tamhüquqlu Ermənistan vətəndaşı olmağa çalışırlar. 

  

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət