Gürcü siyasətçi: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Tbilisidə imzalanmasını istəyirik

post-img

Gürcüstanın bəzi platformalara, o cümlədən “3+3” formatına qatılmaması, heç də o demək deyil ki, biz sülhyaratma proseslərində iştirak etmək istəmirik. Əksinə Gürcüstan Cənubi Qafqazda gedən proseslərdə, müxtəlif məsələlərin həllində iştirakını dayandırmayıb və davam etdirir.

Bu sözləri  müsahibəsində Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze söyləyib.

Komitə sədri deyib: “Biz Tbilisinin Azərbaycan və Ermənistan arasında böyük sülh müqaviləsinin imzalanacağı yer olmasını istəyirik”.

“Düşünürəm ki, Gürcüstanın bu məsələdə iştirakı və sülh müqaviləsinin Tbilisidə imzalanmasına digər tərəfdaşlarımız da etiraz etməyəcəklər”, - deyə Nikoloz Samxaradze vurğulayıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Siyasət