MN: Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır

post-img

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən XQ-yə bildirilib.

“Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə məlumatda qeyd edilib.

Siyasət