BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası artıq heç nəyi dəyişməyəcək. Həm de-yure, həm de-fakto Qarabağ Azərbaycandır. Artıq həmişəlik. Reallıq belədir.
XQ xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko bildirib.
Ekspert Azərbaycan Prezidenti İlham Əliyevi müasir dövrün görkəmli siyasətçisi, Ermənistanın baş naziri Nikol Paşinyanı isə uğursuz adlandırıb.
Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb və fəaliyyət göstərir: “Rusiya Prezidenti Vladimir Putin və İlham Əliyev arasında əla şəxsi münasibətlər mövcuddur. Ümumi məqsədimiz ondan ibarətdir ki, ABŞ və Fransa Cənubi Qafqazda suyu bulandırmasınlar. Bu istiqamətdə iş aparacağıq”.
XQ