Moskva: Azərbaycanın Qarabağdakı hərəkətləri qanunidir

post-img

Azərbaycan “de-yure” öz ərazisində hərəkət edir”. Bunu RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Məlumatı “Anadolu” verib.

Kreml nümayəndəsi İrəvanın rus sülhməramlılarının Bakının antiterror tədbirlərinə reaksiya verməməsi ilə bağlı bildirib: “Biz ünvanımıza bu cür iradları qəbul etmirik, özü də erməni tərəfinin Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra. De-yure hazırda Azərbaycanın öz ərazisində hərəkətindən söhbət gedir”.

O deyib ki, Rusiya tərəfi Azərbaycan, Ermənistan və Qarabağın erməni əhalisi ilə təmasları davam etdirir. 

Qeyd edək ki, artıq Azərbaycan Müdafiə Nazirliyi lokal antiterror tədbirlərini dayandırdığını elan edib. 

Paşa ƏMİRCANOV
XQ

Siyasət