Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) sözçüsü Raveena Şamdasani bildirib ki, təşkilat Fransa hakimiyyətinə hüquq-mühafizə orqanlarında irqi ayrı-seçkilik və irqçilik problemləri ilə mübarizə aparmağı tövsiyə edir. Bu barədə TASS-ın məlumatında deyilir.
"Çərşənbə axşamı Fransada Şimali Afrika əsilli 17 yaşlı (sürücü) polis tərəfindən öldürülməsindən narahatıq",- Şamdasani bildirib.
O, həmçinin Fransa hakimiyyətini polisin “nümayişlərdə zorakılıq elementlərinə qarşı güc tətbiqinin həmişə qanunilik prinsiplərinə uyğun olmasını” təmin etməyə çağırıb.
"Xalq qəzeti"