Azər Qasımov Prezidentin Mətbuat katibi vəzifəsindən azad edilib

post-img

Azər Məhəmməd oğlu Qasımov Azərbaycan Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azər Məhəmməd oğlu Qasımov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 fevral 2025-ci il

Sərəncamlar