Vüqar Qurbanov: Rentgen aparatlarının fəaliyyətinin monitorinqi ilə bağlı FHN ilə danışıqlar aparılır

post-img

Tibb müəssisələrindəki rentgen aparatlarının fəaliyyətinin monitorinq edilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi ilə də daimi danışıqlar aparırıq.

Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, həm vətəndaşların, həm də tibb işçilərinin sağlamlığına zərər verəcək halların aradan qaldırılması istiqamətində işlərin aparılmasında maraqlıdırlar: "FHN-lə bu istiqamətdə müzakirələr aparırıq. Onların hazırladıqları təlimatlar üzrə tibb müəssisələrində rentgen otaqlarının, KT otaqlarının həm izolyasiyası, həm də orada müvafiq addımların atılması istiqamətində işlər aparılır. Tibb müəssisələrimizin sayı çoxdur. Ümid edirəm ki, gələn ilin sonuna qədər bütün tibb müəssisələrində həmin istiqamətdə yoxlamalar aparılacaq və hansı müəssisədə belə sıxıntı varsa, aradan qaldırılacaq", - deyə V.Qurbanov bildirib.

Səhiyyə