Azərbaycan İlahiyyat İnstitutu ilahiyyat fakültəsinin dekanı vəzifəsinə müsabiqə elan edir

post-img

Dekan vəzifəsinin tutulması üçün müsabiqədə iştirak edən vətəndaş aşağıdakılara malik olmalıdır:

- fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun ixtisasa;

- ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına;

- elmi ad və elmi dərəcəyə.

Müsabiqədə iştirak etmək istəyənlər ərizə ilə institutun rektoruna müraciət edə bilərlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

• kadrlar uçotunun şəxsi vərəqəsi;

• tərcümeyi-hal;

• ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;

• elmi və elmi-metodiki işlərin siyahısı;

• dekanlığın inkişafı ilə bağlı namizədin platforması.

Sənədlər elan dərc olunduqdan sonra 1 (bir) ay müddətində qəbul edilir.

Qeyd-namizədlərin göstəriciləri vəzifənin tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti pozulduqda sənədlərin qəbulundan imtina olunur.

Əlavə məlumat üçün- telefon- (+ 994 12) 436 - 77 - 66.

Ünvan – AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 29.

Reklam və elan