“Bank of Azerbaijan” ASC-nin ləğv prosesinin tamamlanması istiqamətində növbəti mühüm mərhələ başa çatıb

post-img

Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortalanması məqsədləri üçün 2007-ci ildə ya­radılmış və fəaliyyətə başlamışdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2017-ci ildə ƏSF-yə əlavə ola­raq bankların ləğvetmə funksiya­sı həvalə edilmişdir. Sözügedən funksiyanın həvalə edilməsi ilə fond ləğv prosesində olan bank­ların aktivlərinin idarə edilməsini həyata keçirərək bankların digər şəxslər qarşısında olan öhdəlikləri­nin icra edilməsi və qalan aktivlərin bank səhmdarları arasında bölüşdü­rülərək ləğv prosesinin mümkün qə­dər sürətlə və effektiv şəklildə başa çatdırılması vəzifəsini də yerinə ye­tirməyə başlamışdır. 

2024-cü ilin əvvəlində fondun ləğvetməsində 23 bank olmuş, onlardan 6-sı üzrə bu prosesin başlanması 2020-ci ildən sonra­kı dövrə təsadüf etmişdir. Fondun ləğvedici funksiyasını həyata ke­çirməyə başladığı dövr ərzində ilk dəfə bu il ləğv prosesində olan 2 bankın – “Azərbaycan Kredit Ban­kı” ASC və “Borçalı” KB-nin ləğv prosesinin yekunlaşdırılması ilə bağlı işlər başa çatdırılmışdır. Ləğv prosesində olan 4 bank - "Royal­bank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Gəncəbank" ASC və "Də­mirbank" ASC üzrə isə sonuncu növbədə olan təminatsız kreditor tələblərinin ödənilməsi icra edilir. Əlavə olaraq qeyd edək ki, 2020-ci ildən hazırkı vaxtadək olan dövr ər­zində sığorta hadisəsi baş vermiş 6 bankın əmanətçilərinə 893.598.111 manat ekvivalentində kompensa­siya, fonda ləğvetmə funksiyası­nın həvalə edildiyi dövr ərzində isə ləğv prosesində olan bankların öhdəlikləri üzrə sonuncu növbəli­likdə olan kreditorlarına ümumilik­də 32.236.851 manat məbləğində vəsait ödənilmişdir və bu proses davam etməkdədir.

Qanunvericiliklə bankların ləğv prosesinin bitməsi üçün konkret müddət müəyyən edilməsə də fond tərəfindən qanunvericiliyin bu pro­sesə kompleks yanaşması nəzərə alınaraq ləğvetmənin mümkün qə­dər sürətli və effektiv şəkildə başa çatdırılması prinsipi əsas götürül­məklə aparılmış məqsədyönlü iş və uğurlu fəaliyyət nəticəsində daha bir bank - “Bank of Azerbaijan” ASC-nin ləğv prosesinin tamamlanması is­tiqamətində növbəti mühüm mərhələ başa vurulmuşdur. 

Məlumat üçün qeyd edək ki, “Bank of Azerbaijan” ASC 1 fevral 2016-cı il tarixli məhkəmə qərarı ilə müflis elan edilmiş və Əmanət­lərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Əmanət­lərin Sığortalanması Fondu tərəfin­dən həmin bankın qorunan əmanət­çilərinə 24.206.716,38 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir. 

Yuxarıda qeyd edilənlərin davamı olaraq bildiririk ki, Ləğvedici tərəfin­dən ləğv prosesinin sürətli və effektiv şəkildə həyata keçirilməsi istiqamə­tində aparılmış işlərin və görülmüş tədbirlərin nəticəsi olaraq artıq “Bank of Azerbaijan” ASC üzrə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsi ilə nəzər­də tutulmuş ödənişlərin ardıcıllığına əsasən, ilk növbədə, fondun reqres hüququ üzrə tələblərinin ödənilmə­si tamamlanmış və növbəti ödəniş mərhələsinə keçilmişdir.

29 may 2024-cü il tarixdən baş­layaraq “Banklar haqqında” Azər­baycan Respublikası Qanununun 82.1.5-ci maddəsinin tələbinə uy­ğun olaraq növbəti mərhələ üzrə – bankın müflis elan olunması­na dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının ve­rilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödənişlərin həyata keçirilməsinə başlanılacaqdır.

Reklam və elan