Azərbaycan Respublikasının Qanunu

post-img

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934; 2025, № 1, maddələr 1, 16, № 2, maddə 96, № 4 (I kitab), maddə 322, № 7, maddələr 606, 608; Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli, 30 dekabr tarixli 332-VIIQD nömrəli və 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 43-cü maddənin 2-ci hissəsinin “ğ” bəndi ləğv edilsin;

1.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavə - “Əmək müqaviləsinin (kontraktının) nümunəvi forması”nın 1.1-ci bəndindən “və (sosial sığorta nömrəsi (SSN-i), əmək müqaviləsi elektron sənəd formasında bağlanılan işçilər, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda ilk dəfə əmək fəaliyyətinə başlayan işçilər, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisna olmaqla)” sözləri çıxarılsın.

Maddə 2. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 738 (Cild I); 2024, № 8, maddə 934) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci maddə üzrə:

2.1.1. 1.1.2-ci maddədə “sosial sığorta nömrəsi” sözləri “fərdi identifikasiya nömrəsi (FİN)” sözləri ilə və həmin maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin;

2.1.2. 1.1.3-cü maddə ləğv edilsin;

2.2. 4.2-ci maddədən “, sosial sığorta nömrəsinin öyrənilməsi” sözləri çıxarılsın;

2.3. 5.2.1-ci maddə ləğv edilsin.

Maddə 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208 (Cild I); 2024, № 2, maddə 137, № 5 (I kitab), maddələr 489, 491, № 6 (I kitab), maddə 644; 2025, № 1, maddə 16, № 2, maddələr 96, 105, № 4 (I kitab), maddə 322, № 6, maddə 528; Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanunu) 1.0.7-ci maddəsində “sosial sığorta nömrəsi” sözləri “fərdi identifikasiya nömrəsi (FİN)” sözləri ilə əvəz edilsin.

Maddə 4. Bu Qanun 2026-cı il iyulun 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 fevral 2026-cı il

Qanunlar